DÇ-2018-in seçmə mərhələsində sabah Şimali İrlandiya ilə qarşılaşacaq millimizin kapitanı məlum olub.
Newsport.az-ın məlumatına görə, kapitanlıq sarğısını Rahid Əmirquliyev daşıyacaq. O, Çexiya ilə səfər matçında millimizi meydana kapitan kimi çıxarmışdı.
Xatırladaq ki, əsas kapitan Rəşad Sadıqov zədə səbəbindən sabahkı oyunu buraxacaq.