Şimali İrlandiya - Azərbaycan maçtından öncə problem FOTOLAR

Noyabrın 11-də dünya çempionatının seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya – Azərbaycan oyununun keçiriləcəyi «Windsor Park»ın ot örtüyü yaxşı vəziyyətdə deyil.
 
Newsport.az-ın məlumatına görə, qapıların qarşısında müəyyən hissələrdə və yan xətt boyunca otdan demək olar ki, əsər-əlamət yoxdur. Bir neçə gün əvvəl aylıq normadan artıq düşən yağıntı ot örtüyünü korlayıb. Stadionun əməkdaşı yağış yağacağı təqdirdə qazonun daha da bərbad hala düşəcəyini söylədi.
 
Noyabr ayı üçün qazonun hazırkı vəziyyətini normal hesab edən həmin şəxs yağışdan başqa komandaların oyunöncəsi məşqlərinin də ot örtüyünə təsirsiz ötüşməyəcəyini bildirdi.

Şimali İrlandiya - Azərbaycan maçtından öncə problem - FOTO

 

Şimali İrlandiya - Azərbaycan maçtından öncə problem - FOTO

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right