Roman Qriqorçuk və AZAL-ın futbolçusu cəzalandırıldı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Newsport.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:

 

Azərbaycan Premyer Liqasının 11-ci turunun “Kəpəz” - “Sumqayıt” matçının 62-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Kərim Diniyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

 

Azərbaycan Premyer Liqasının 11-ci turunun “Neftçi” - “İnter” matçında “İnter”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

 

Premyer Liqanın 11-ci turunun AZAL - “Qəbələ” matçında AZAL-ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

 

Oyunun 14-cü dəqiqəsində “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.

 

İntizam Komitəsi matçın videoyazısına baxdıqdan sonra aşağıdakı qərarı qəbul edib:


Oyunun 11-ci dəqiqəsində AZAL-ın futbolçusu İlqar Ələkbərov rəqib oyunçuya qarşı kobud oyuna görə 2 oyun cəzalanıb, klub 1600 manat cərimə olunub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right