Millimiz Şimali İrlandiyaya yola düşür

DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya millisi ilə qarşılaşacaq Azərbaycan yığması bu gün vətəni tərk edəcək.

 

Newsport.az xəbər verir ki, seçməmiz günorta saatlarında çarter reysi ilə Belfasta yollanacaq.
 
Maraq üçün bildirək ki, ötən gün millimizin Robert Prosineçkinin rəhbərliyi ilə "Dalğa Arena"da ilk məşqi baş tutub. "Bursaspor"un futbolçusu Dəniz Yılmazdan başqa toplanışa dəvət olunan oyunçular ilk hazırlıqda iştirak edib. O, millimizə Şimali İrlandiyada qoşulacaq.
 
Xatırladaq ki, Şimali İrlandiya - Azərbaycan matçı noyabrın 11-də baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right