Şəhriyar Rəhimov: "Heç-heçə ədalətli nəticə idi"

“Bizim “Zirə”yə acı məğlubiyyətimizdə qırmızı vərəqə oyunumuza təsir etmişdi. Əfsuslar olsun ki, yenə azlıqda qalmağımız planlarımızı pozdu”.

 

Newsport.az xəbər verir ki, bunu "Kəpəz"in futbolçusu Şəhriyar Rəhimov klub saytına açıqlamasında deyib.

 

O, qolsuz bərabərliklə başa çatan oyun haqda bunları bildirib: “Oyuna 3 xal üçün çıxmışdıq. Gəncədə, öz azarkeşlərimizin önündə oynadığımdan qələbə qazanmağa məcbur idik. Birinci hissədə pis təsir bağışlamadıq. 2-3 qol vəziyyətimiz oldu. Azlıqda qaldıqdan sonra bir az üstünlük rəqibin tərəfinə keçdi. Bu da normal bir şeydir, say üstünlüyü onların xeyrinə idi. Məncə, heç-heçə hardasa ədalətli nəticə idi”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right