"İnter" 174 gün sonra yenə "Neftçi"də "ilişdi"

"İnter”in Azərbaycan Premyer Liqasında məğlubiyyətsiz oyunlar seriyasına son qoyulub.

 

Newsport.az xəbər verir ki, cari mövsümün ilk 10 matçında uduzmayan paytaxt təmsilçisi XI turun "Neftçi” ilə XI turun səfər qarşılaşmasında 1:2 hesabı ilə yenilib.


Ötən mövsümün son oyununda da məğlub olmayan Zaur Svanadzenin yetirmələrinin yenilməzliyi 11 matçdan ibarət olub. Maraqlıdır ki, "İnter”in çempionatdakı son uğursuzluğu da məhz "Neftçi” ilə səfərdə qeydə alınmışdı. Mayın 15-də meydan sahibləri 4:2 hesabı ilə qalib gəlmişdi.

 

174 gündən sonra uduzan "göy-ağlar” bu müddətdə keçirdiyi 11 matçda 6 qələbə qazanıb, 5 heç-heçə ediblər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right