Mahir Şükürov: "Meydanda olmağım futbolçular üçün stimuldu"

Azərbaycan Premyer Liqasının XI turu çərçivəsində "Neftçi" doğma meydanda "İnter"i 2 - 1 hesabı ilə məğlub edib.
 

Newsport.az-ın məlumatına görə, qarşılaşmadan sonra "ağ-qaralar"ın müdafiəçisi Mahir Şükürov  jurnalistlərin suallarını cavablanıdırıb.


- Bilirdik ki, ağır oyun olacaq. Rəqibimiz çempionluğa oynayır. “İnter” Premyer Liqada bu mövsüm məğlubiyyət acısı yaşamamışdı. Məşqçilər heyəti rəqibi yaxşı analiz etdilər.

- Penalti epizodu haqda nə söyləyə bilərsən?

- Mən epizoddan uzaq idim. Elə bildim ki, ayağına dəyib. Referi epizoda yaxın idi. Bu qərar müzakirə ediləcək. Hakimlər həmişə düzgün olduqlarını deyiblər. Yəqin ki, yenə yanılmayıblar.

- Kapitanlıq bazubəndini niyə qəbul etmədiz?

- İstəyirəm ki, gənc futbolçular olsun. Meydanda olmağım kapitanlıq kimi bir şeydir. 

- Oyun ərzində futbolçulara göstərişləri siz verirdiz...

- Komandanın ağsaqqalıyam. Futbolda 1-2 il “ömrüm” qalıb. Gənc futbolçular baxıb nə götürdü-götürdü. Çünki bundan sonra onlar oynayacaq.

- 5 legioner əvəzedici heyətə yollandı. Bunun oyunuza nə dərəcədə təsiri oldu?

- Heç bir təsiri olmadı. Baş məşqçimiz doğru qərar verib. Həmin oyunçulardansa, yerli uşaqlar oynasalar, daha yaxşı olar. Bilirik ki, yerli futbolçular gələcəkdə bizə kömək edəcəklər.

- Özünüzü necə hiss edirəm?

- Yaxşı hiss edirəm. 3-4 gün idi ki, bir az xəstələnmişdim. Keçib, gedəcək.

- Artıq çəkiniz var?

- 2 kq var idi. Onu da bu oyunda atmışam.

- Qələbələrini sıralaya biləcəksiz?

- Hər oyuna qələbə əzmi ilə çıxırdıq. Özümü tərifləmək kimi çıxmasın, amma mən meydanda 2-3 tur idi ki, yox idim. Meydanda olmağım futbolçular üçün stimuldur. Futbolçular arasında danışan, göstəriş verən yox idi. “İnter”lə oyunda mən bu funksiyanı yerinə yetirdim.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right