"Bu, heç ağlıma da gəlmirdi" - Elvin Yunuszadə

"Şükürlər olsun ki, istədiyimiz qələbəni qazana bildik. "Qəbələ” xal itirdi və biz vacib bir qələbə əldə etdik. Bu, bizim üçün vacib 3 xal idi”.

Newsport.az-ın məlumatına görəbu sözlər "Qarabağ”ın futbolçusu Elvin Yunuszadəyə məxsusdu.
 
"Qarabağ” Azərbaycan Premyer Liqasının XI turunda səfərdə "Zirə”ni 2:0 hesabı ilə məğlub edib.  Ağdam klubunun sonuncu qolunun müəllifi oyundan sonra əməkdaşımıza verdiyi açıqlamada vurduğu qola görə sevincli olduğunu vurğulayıb."Qol epizodunda bilmədim ki, top qapıya gedir. Bu, heç ağlıma da gəlmirdi. Epizodun təkrarına da baxmamışam. Reynaldo buna görə əsəbiləşməyib (gülür). Mənim üçün fərqi yoxdu, qolu Reynaldo və ya başqası vursun. Əsas odu ki, komandamız qalib gəlsin. Mən qol vursam da əhəmiyyəti yoxdur. Bu mövsüm ilk qolumu vurdum, sevinirəm”.   
 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right