Adil Şükürov: "Bonilya tarix idi, gəldi-getdi"

Azərbaycan Premyer Liqasının XI turunda "Qarabağ” səfərdə "Zirə”ni 2:0 hesabı ilə məğlub edib.
Newsport.az-ın məlumatına görəoyundan sonra "Zirə”nin baş məşqçisi Adil Şükürov fikirlərini bildirib:
 
"Qarabağ”ı təbrik edirəm. "Qarabağ” istənilən komandaya qarşı oynamağı bacarır. Belə oyuna görə futbolçularıma təşəkkür edirəm. "Qarabağ” istənilən xırda səhvlərdən istifadə edə bilir. Düşünürəm ki, səhvlərimizə görəməğlub olduq. 
 
- "Zirə” ilk hissədə mübarizə aparsa da, ikinci hissədə təslim oldu. Bunun səbəbi nədir?
- Futbolda ani diqqətsdizlik böyük məğlubiyyətə səbəb ola bilər. Yenə deyirəm, bu komandalara qarşı 90 yox, 100 dəqiqə mübarizə aparmaq lazımdı.
 
- Komandanızın hücumda çox zəif çıxış edir. Düşünmək olarmı ki, Bonilyanın yerini doldura bilmirsiniz...
- Bonilya tarix idi, gəldi-getdi. Biz onu unutmalıyıq. Komandanın inkişafı üçün çox çalışmaq lazımdı. 

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right