"Deyəsən, keçən ilki ssenari təkrarlanır" - Roman Qriqorçuk

Azərbaycan Premyer Liqasının XI turu çərçivəsində keçirilən AZAL - "Qəbələ" matçı 0:0 hesabı ilə başa çatdı.
Newsport.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında çıxış edən qonaqların baş məşqçisi Roman Qriqorçuk qolsuz bərabərliyi şərh edib.
 
- Bu gün hesabdan başqa, nədən narazı qaldınız?
- Yaxşı nəticə əldə etmək üçün qol vurmaq lazımdı. Ancaq qol imkanlarımızdan yararlana bilmədik. Buna görə də məyusuq.
 
- Tərlan Əhmədovla aranızda nə baş verdi?
- Etirazım ona idi ki, rəqibin futbolçusu Ozobiçi vurdu. Bu, 4-cü hakimin gözü önündə baş verdi. Bu, birbaşa qırmızı vərəqə idi. Bunu araşdırmaq lazımdı. Sona qədər getmək lazımdı. Deyəsən, keçən ilki ssenari təkrarlanır. Bilmirəm, bəlkə də təsadüfdü.
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right