Budaq Nəsirov yenə start heyətdə!

Bu gün Portuqaliya Sequndasında XIV tura start veriləcək.

Newsport.az-ın məlumatına görə, milli komandamızın futbolçusu Budaq Nəsirovun formasını geyindiyi "Sportinq”in B komandası öz meydanında "Santa Klara”nı qəbul edəcək. 
 
Əldə etdiyimiz özəl məlumata görə, Nəsirov bu oyunda da forma geyinmək şansı qazanacaq. Belə ki, XIII turda vurduğu qolla komandasına 1 xal qazandıran gənc yarımmüdafiəçi "Santa Klara” ilə oyunda da start heyətində matça başlayacaq.
 
Qeyd edək ki, "Sportinq” – "Santa Klara” oyunu Bakı vaxtı ilə 19:00-da başlayacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right