“Qalib gəlməli oyunda uduzduq. Şanslarımız da oldu, amma xala həsrət qaldıq. Öz səhvlərimiz bizə baha başa gəldi”.
Newsport.az-ın məlumatına görə, bu sözləri Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində “Qəbələ” – Sent-Etyen” matçından sonra “qırmızı-qaralar”ın futbolçusu Teo Uiks jurnalistlərə açıqlamasında söyləyib.
Liberiyalı yarımmüdafiəçi qrupun son iki oyununda qələbə qazanmaq istədiklərini bildirib:
“Artıq şansımız tükənib. Qrupun son iki oyununda aktivimizə xal yazdırmaq istəyirik. Həmçinin ölkə çempionatının oyunlarına da diqqət ayırmalıyıq. Premyer Liqada liderliyimizi qorumalıyıq”.
Uiks Baqali Dabonun yoxluğundan da danışıb:
“Dabonun yoxluğu hiss olunurdu. O meydanda olanda əks-hücumlarımız effektli alınırdı”.