“Neftçi” – “İnter” oyununda kobud hakim səhvi

Premyer Liqanın XI turunda hazırda keçirilən “Neftçi” – “İnter” oyununda kobud hakim səhvi qeydə alınıb.

Newsport.az-ın məlumatına görə, matçın baş hakimi Rəvan Həmzəzadə “İnter”in qapısına səhvən penalti təyin edib.

Qonaqların futbolçusu  Zurab Xizanayşvili Cavid İmamverdiyevin ötürməsininin qarşısını əli ilə alıb.

Bu, cərimə meydançasının xəttindən nəzərə çarpacaq dərəcədə  kənarda olsa da, hakim “İnter”in qapısına penalti təyin edib.

Zərbəni dəqiq yerinə yetirən Araz Abdullayev hesabı 2:0 edib.
Həmin "penalti" epizodunu təqdim edirik:
 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right