Ötən mövsüm başa çatdıqdan sonra "Kəpəz”dən ayrılan braziliyalı futbolçu Junior Osvaldo klub tapmaqda çətinlik çəkir.
Newsport.az-ın məlumatına görə, son günlər yarımmüdafiəçi ilə bağlı maraqlı məlumatlar yayılıb. İddialara görə, Junior hazırda "Kəpəz”lə danışıqlar aparır və onun klubla müqavilə imzalamaq mövzusu gündəmdədi.
Ancaq "Kəpəz”in baş məşqçisi Şahin Diniyev verdiyi açıqlamada yayılan xəbərləri təkzib edib. Mütəxəssis qeyd edib ki, hazırda "Kəpəz”də Juninyo ilə bağlı hər-hansı söhbət olmayıb və futbolçunun komandaya qayıtmaq məsələsi gündəmdə deyil.
Diniyev Nicat Qurbanov və Vüqar Bəyabalayevi qışda komandadan göndərəcəyi məsələsinə də münasibət bildirib: "Bilirsiniz ki, Vüqar hazırda zədəlidi, Nicat isə komadamızda oyunlara çıxır. Hər iki futbolçu ilə mövsümün sonuna qədər müqaviləmiz var. Onları göndərmək barədə düşünmürəm və onların qışda komandanı tərk edəcəklərini də gözləmirəm”.
futbol11.az