"Qəbələ”nin zədəli futbolçusu Baqali Dabodan yeni xəbər var.
Newsport.az -ın məlumatına görə, əzələsini dartdığına görə 1 neçə həftədi komandasına kömək edə bilməyən futbolçu yaxın günlərdə komandaya qoşulacaq.
Əldə etdiyimiz məlumata görə, fransalı hücumçu 1 həftəyə oynamaq üçün tam hazır olacaq. Bunu "qırmızı-qaralar”ın bombaridiri əməkdaşımıza verdiyi açıqlamada özü təsdiqləyib.
Qeyd edək ki, Dabo Azərbaycan Premyer Liqasının VIII turunda "İnter”lə səfər oyununda (1:1) zədələnmişdi.