Prosineçki millinin heyətini açıqladı

2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 11-də Belfast şəhərində Şimali İrlandiya yığması ilə qarşılaşacaq millimizin heyəti açıqlanıb.

Newsport.az -ın məlumatına görə, millimizin baş məşqçisi Robert Prosineçki 25 oyunçuya dəvət göndərib. "Bursaspor"un hücumçusu Dəniz Yılmaz ilk dəfə millimizə çağırılıb.
 

Qapıçılar: Kamran Ağayev ("Boavişta"), Səlahət Ağayev ("İnter), Anar Nəzirov ("Zirə")

Müdafiəçilər: Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Arif Daşdəmirob (hamısı "Qarabağ"),Tərlan Quliyev (“İnter”),Pavel Paşayev (“Stal”, Ukrayna), Məhəmməd Mirzəbəyov (“Qəbələ”)

Yarımmüdafiəçilər: Ruslan Abışov (“İnter”), Rahid Əmirquliyev, Qara Qarayev (hamısı “Qarabağ”), Dmitri Nazarov (“Aue”, Almaniya), Rəhman Hacıyev, Araz Abdullayev (hər ikisi “Neftçi”), Eddi İsrafilov (“Kadiz”, İspaniya), Emin Mahmudov (“Boavişta”, Portuqaliya), Elvin Məmmədov (“Zirə”)

Hücumçular: Ağabala Ramazanov (“İnter”), Ruslan Qurbanov (“Qəbələ”), Namiq Ələsgərov (“Qarabağ”), Ramil Şeydayev (“Trabzonspor”), Dəniz Yılmaz (“Bursaspor”)

affa.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right