Bu gün Azərbaycan Premyer Liqasında XI tura start veriləcək.
Newsport.az -ın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.
Günün ilk matçı Gəncədə oynanılacaq. “Kəpəz” öz meydanında “Sumqayıt”ı qəbul edəcək. Son turlar uğursuz çıxış edən komandaları turnir cədvəlində 2 xal ayırır. “Sumqayıt” 4, “Kəpəz” isə 2 turdur ki qələbə qazana bilmir.
İkinci oyunda isə “İnter” “Neftçi”nin qonağı olacaq. “Qarabağ” və “Qəbələ” ilə birgə çempionluq uğrunda mübarizə aparan “İnter” bu matça da qələbə üçün çıxacaq.
Ötən tur 3 oyunluq qələbəsizlik seriyasına son qoyan “bankirlər”in 10 turda 8 dəfə uduzan “Neftçi”ni üstələyəcəyi gözləniləndir.
Azərbaycan Premyer Liqası
XI tur
5 noyabr
17:00 “Neftçi” - “İnter” - 2:1
Qol: Jonas Pessalli, 53, Araz Abdullayev, 61-pen.
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Elman Musayev, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Rauf Cabbarov
8-ci km qəsəbə stadionu
14:30 “Kəpəz” - “Sumqayıt” - 0:0
Qırmızı vərəqə: Kərim Diniyev, 62 ("Kəpəz")
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mübariz Haşımov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Elvin Əsgərov
Gəncə şəhər stadionu