"İnter"in prezidenti azarkeşlərlə görüşdü FOTOLAR

Bu gün "İnter"in prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Rüfət Abdullayev "İnter" Azarkeş Klubunun üzvləri ilə görüşüb.

Newsport.az-ın məlumatına görə, "İnter Arena"nın mətbuat konfransı zalında baş tutan görüşdə Rüfət Abdullayev komandaya göstərdikləri dəstəyə görə azarkeşlərə minnətdarlığını bildirib.

R.Abdullayev vurğulayıb ki, klub rəhbərliyi bundan sonra da azarkeşlərlə münasibətlərinin yüksək səviyyədə saxlanılmasına çalışacaq. "İnter" Azarkeş Klubu üzvlərinin fikir və təkliflərini dinləyən Rüfət Abdullayev belə xoş münasibətlərin daha da inkişaf edəcəyinə əmin olduğunu açıqlayıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right