Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ” qrup mərhələsinin IV turunda öz meydanında Fransanın "Sent Etyen” klubunu qəbul edəcək.
Newsport.az-ın məlumatına görə, artıq təmsilçimizin rəqibi Bakıya çatıb.
Fransa klubunu Bakıya gətirən təyyarə az öncə Heydər Əliyev adına Hava Limanına eniş edib.
Qeyd edək ki, "Sent Etyen” ilk öncə Bakının mərkəzində yerləşən "Hilton Otel”ində məskunlaşacaq və daha sonra oyunöncəsi son məşqini etmək üçün oyunun keçiriləcəyi "Bakcell Arena”ya yola düşəcək.

