MOİK-in yeni baş məşqçisi məlum oldu

Azərbaycan çempionatının I Divizionunda mübarizə aparan MOİK klubunun yeni baş məşqçisinin adı müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, "hərbçilər”in yeni baş məşqçisi Ramil Əliyev olub. Buna qədər klubda vitse-prezident vəzifəsini yerinə yetirən Əliyev baş məşqçi postunda bir həftə öncə istefa verən Müşviq Qənbərovu əvəzləyib. 

 
Qeyd edək ki, MOİK 8 turdan sonra 13 xalla 5-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right