Bakı Olimpiya stadionunun fotoşəkli Memarlıq Fotoları Mükafatına (Architectural Photography Awards) namizədlər sırasına daxil edilib.
Newsport.az-ın məlumatına görə, Bakının ən böyük arenası 20 ən yaxşı nominant sırasına daxil edilib.
Bakı Olimpiya stadionu Avropa oyunlarından əvvəl, 2015-ci il martın 6-da istifadəyə verilib. 650.000 kv.m-lik ərazinin 225.000 kv m-lik hissəsinin tikinti işləri 2015-ci ilin fevralında başa çatıb.
Qeyd edək ki, 2020-ci ildə bu stadionda futbol üzrə Avropa çempionatının 4 matçı keçiriləcək.