AFFA-dan Birinci divizion klublarına cərimələr

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Newsport.az-ın məlumatına görə, bu gün keçirilən iclasda birinci divizionun son turunda baş verən qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

Birinci divizionun 8-ci turunun “Bakılı” - “Mil-Muğan” matçında “Bakılı”nın 4 futbolçusu sarı vərəqəylə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

Oyunun 80-cı dəqiqəsində “Mil-Muğan”ın futbolçusu Samir Babayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 160 manat cərimə olunub.

Oyunun 87-ci dəqiqəsində “Mil-Muğan”ın futbolçusu Tofiq Mikayılov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

Birinci divizionun 8-ci turunun “Şərurspor” - “Səbail” matçında “Səbail”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

Birinci divizionun 8-ci turunun “Şəmkir” - MOİK matçının 37-ci dəqiqəsində MOİK-in futbolçusu Müşfiq Teymurov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right