AZAL 11-ci tur çərçivəsində qarşılaşacağı "Qəbələ" ilə oyunun hazırlıqlarını davam etdirir.
Newsport.az-ın məlumatına görə, "təyyarəçilər"in zədəli futbolçusu İlqar Ələkbərov da komanda ilə birlikdə məşqlərə başlayıb. 23 yaşlı yarımmüdafiəçi "Qəbələ" ilə matçda komandasına kömək edə biləcək.
Qeyd edək ki, Ələkbərov Premyer Liqanın 8-ci turunda "Kəpəz"lə keçirilən qarşılaşmada zədələnmişdi.