Kintananın meneceri "Lokomotiv" xəbərini yalanladı: Onu hansı klub transfer etmək istəyib?

Rusiyanın "Lokomotiv" klubunun "Qarabağ"ın futbolçusu Dani Kintananın xidmətində maraqlı olması ilə bağlı xəbərlər yayılıb.

Newsport.az-ın məlumatına görə, ispaniyalının meneceri Çinar Məmməd bunun şayidən başqa bir şey olmadığını söyləyib.

Bundan başqa legionerin agenti uğurlu çıxışı ilə diqqət çəkən Dani Kintanaya Birləşmiş Ərəb Əmirliklərinin klublarından maraq olduğunu bildirib. O qeyd edib ki, "Bani Yas İK" klubu hücumameyilli yarımmüdafiəçi öz heyətinə qatmaq istəyib. Ancaq futbolçunun transfer haqqı yüksək olduğundan ərəblər bu fikirdən daşınıb. Məlumat üçün bildirək ki, BƏƏ-də oktyabr ayının 20-sinədək "transfer pəncərəsi" açıq idi.

Çinar bəy Kintananın "Qarabağ"da özünü xoşbəxt hiss etdiyini, hələ görüləcək işlərin çox olduğunu söyləyib.
 
Futbol11.az




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right