"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakı Ali Neft Məktəbinin (BANM) qonağı olub.
Newsport.az-ın məlumatına görə, görüşdə Qurbanovun idman karyerasından və başçılıq etdiyi komandanın uğurlarından söhbət açılıb.
Q.Qurbanov çoxsaylı suallara cavab verib və ən maraqlı sualların müəlliflərinə baş məşqçinin imzası ilə toplar hədiyyə edilib.
Görüşün sonunda BANM-in rektoru Elmar Qasımov Qurbanova plaket bağışlayıb. Baş məşqçi isə rekotora idman suvenirləri və hədiyyələr təqdim edib.