Azərbaycan Premyer Liqasının XI turunda öz meydanında "Sumqayıt”ı qəbul edəcək "Kəpəz” ciddi itki ilə üzləşib.
Newsport.az-ın məlumatına görə, Gəncədə baş tutacaq qarşılaşmada baş məşqçisi Şahin Diniyev komandanın aparıcı futbolçusu Renan Da Silvanın xidmətindən istifadə edə bilməyəcək.
Buna səbəb braziliyalı müdafiəçinin cəzalı duruma düşməsidir. Renan Premyer Liqanın X turunda ha"Zirə” – "Kəpəz” (2:0) oyununda sarı vərəqə ilə cəzalanıb. Mövsüm ərzində 4-cü "sarı”sını alan futbolçu "Sumqayıt”la görüşü buraxmalı olacaq.
Bundan əlavə, Gəncə təmsilçisinin kapitanı Tural Axundov qırmızı vərəqə aldığı üçün "kimyaçılar"a qarşı forma geyməyəcək.
Qeyd edək ki, "Kəpəz" - "Sumqayıt" matçı noyabrın 5-də baş tutacaq.