Azərbaycan Premyer Liqasının X turunda "İnter" "Sumqayıt"ı qəbul edir.
Newsport.az-ın məlumatına görə, matçın 18-ci dəqiqəsində "bankirlər" ciddi itki ilə üzləşib.
Belə ki, uzun müddətdən sonra milliyə çağrılan Rauf Əliyev zədələnib. Əzələsini dartan "İnter"in hücumçusu məyus halda birbaşa soyunub-geyinmə otağına yollanıb.
Qeyd edək ki, Raufun yerinə meydana Pərdis Fərcad-Azad daxil olub.