Adil Şükürov: "Bütün komanda qəhrəmandı"

Azərbaycan Premyer Liqasının X turunda "Zirə” öz meydanında "Kəpəz”i 2:0 hesabı ilə məğlub edib.
 
Newsport.az-ın məlumatına görə, oyundan sonra "Zirə”nin baş məşqçisi Adil Şükürov fikirlərini bildirib: 
 
 
"Çox döyüşkən komandaya qarşı oynadıq. Özümüzü xoşbəxt sayırıq. Belə bir şəraitdə futbol oynamaq azarkeşlərə ürək açıqlığı verir. Futbolçulara təşəkkür edirəm”. 
 
- Cavid Tağıyevi oyunun qəhrəmanı hesab etmək olar?
- Futbol komanda oyunudu. Cavidin qol vurması üçün bütün futbolçular əziyyət çəkirlər. Bu gün bütün komandanı qəhrəman hesab edirəm.

- Oyunun gedişi zamanı iki futbolçunuz zədələndi. Bunu süni örtüklü meydançalarla əlaqələndirmək olar?
- Oyundan əvvəl Proqninin əzələsində yüklənmə var idi. Ancaq Proqnini belə tez əvəzləməyi düşünmürdüm. İnşallah, tezliklə komandaya qayıdarlar.

- "Zirə”nin futbolçuları hava toplarında mübarizə apara bilmirlər. Bu məsələ sizi nə dərəcədə narahat edir?
- Biz özümüz bilirdik ki, "Kəpəz” futbolçuları hava toplarında yaxşı oynayırlar. Bu, bizim üçün böyük problemdi. Qarşıda uzun çempionat var və bunu aradan qaldırmağa çalışacağıq.
 
futbol11.az




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right