Katalin Tira "Neftçi"dən qovuldu

“Neftçi” PFK rumıniyalı futbolçu Katalin Tira ilə müqaviləyə xitam verib.

Newsport.az-ın məlumatına görə, bu, hər iki tərəfin qarşılıqlı razılaşması əsasında baş tutub. Klubun icraçı direktoru Orxan Hüseynzadə bununla bağlı açıqlama verib:

“Biz Katalin Tira ilə müqaviləyə qarşılıqlı razılıq əsasında təzminat ödəmədən xitam verdik. Sabah ona aylıq məvacib ödəniləcək və tərəflərin bir-birinə heç bir borcu qalmayacaq”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right