Azərbaycan Premyer Liqasının X turunda "Qarabağ” səfərdə AZAL-ı 1:0 hesabı ilə məğlub edib.
Newsport.az-ın məlumatına görə, matçdan sonra "Qarabağ”ın futbolçusu Qara Qarayev fikirlərini bildirib:
“Ağır oyun oldu. İstəyirdik ki, xal itirməyək. Meydan amili də oyunumuza təsir etdi, ürəkaçan deyildi. Komandamızda yorğunluq yoxdur.Hər dəfə fərqli heyətlə matça çıxırıq.Oyunumuzun belə alınmasını yalnız stadion amili ilə əlaqələndirərdim”.
Qara Qarayev “Qarabağ”ın PAOK-la səfər oyunu haqda da danışıb:
“Biz buna hazırıq. Bilirik ki, rəqibin azarkeşləri çılğındır. Buna baxmayaraq, inanıram ki, bizə də dəstək verənlər olacaq.Önümüzdə hələ üç oyun var. Qarşıdakı görüşdə yaxşı nəticə qazansaq, qrupu adlamaq haqda düşünə bilərik. Səfərdən məğlubiyyətsiz dönsək, bizim üçün uğur olacaq”.