"PAOK-la onunda adları iştirak ərizəsinə daxil ediləcək" - Qurbanov

Azərbaycan Premyer Liqasının X turunda AZAL öz meydanında "Qarabağ”a məğlub olub.
 
Newsport.az-ın məlumatına görəmatçdan sonra "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov fikirlərini bildirib: 
 
"Bu sadionda oynamaq bizim üçün çətindi. Bu gün çempionatın ən vacib 3 xalını qazandıq. Azarkeşlərə dəstəyə görə təşəkkür edirəm. AZAL-a gəlincə, komanda günü-gündən güclənir. Onlara uğurlar arzu edirəm”.
 
- Reynaldo və Miçelin son durumu necədi?
- Ehtimal var. Amma onlar zədədən sonra cəmi iki məşq ediblər. Həkimlərlə birgə qərar verəcəyik.  Bu gün fikrim var idi ki, Miçeli oynadım, amma həkimlər icazə vermədi. İndi onların son durumu haqda heç bir məlumat verə bilmərəm. Yəqin ki, PAOK-la səfər onunda adları iştirak ərizəsinə daxil ediləcək.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right