"Komanda çalışdı ki, "Qarabağ”a qarşı yaxşı oynasın" - Əhmədov

Azərbaycan Premyer Liqasının X turunda AZAL öz meydanında "Qarabağ”a məğlub olub.
 
Newsport.az-ın məlumatına görəoyundan sonra "təyyarəçilər”in baş məşqçisi Tərlan Əhmədov fikirlərini bildirib: 
 
"Çox danışmaq istəmirəm. Komanda çalışdı ki, "Qarabağ”a qarşı yaxşı oynasın. İkinci hissədə yorğunluq öz sözünü dedi. Rəqibi qələbəyə görə təbrik edirəm. Dəfələrlə demişəm ki, komandada hücumçu problemi var. Əgər qışa qədər burda qalsam, yalnız bu mövqeni gücləndirəcəm.  Oyuna görə futbolçulara heç bir iradım yoxdu”. 
 
- İsətdiyiniz hücumçunu almağa AZAL-ın gücü çatacaq?
- AZAL-ıın imkanı çatmasa, öz hesabıma hücumçu alacam. Bunu yoluna qoymağa çalışacağıq. Əgər belə davam etsə, gərək, birinci divizionu fikirləşək.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right