"Neftçi"yə gəldiyim üçün peşmanam" - Elxan Abdullayev

Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində keçirilən "Qəbələ" - "Neftçi" matçı meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yükunlaşdı.
Newsport.az-ın məlumatına görə, qarşılaşmadan sonra qonaqların çalışdırıcısı Elxan Abdullayev darmdağını şərh edib.
 
"Qəbələ" komandasını təbrik edirəm. Demək olar biz bu gün müdafiəsiz oynadıq. Çoxsaylı səhvlərə yol verdik. Çıxış yolumuz qışı səbrsizliklə gözləməkdi".
 
- Sizə elə gəlmir ki, hər məğlubiyyətdən sonra nüfuzunuzu xərcləyirsiz?
- Əlbəttə ki, peşmanam. Amma başa düşən başa düşür. Futboldan başı çıxır ki, bu futbolçularla uğur gözləmək çox çətindi. Bu gün meydanda ustalıq səviyyəsi öz sözünü dedi. 
 
- Katalin Tiranın döydüyü azarkeşlə barışmasından sonra klub ona güzşət edə bilərmi?
- Tira Azərbaycan xalqından üzr istəməlidi. Ancaq mən sözümü demişəm. Mən komandada olduğum müddətdə Tira "Neftçi"də çıxış etməyəcək.
 
- Klubun sabiq üzvü Elnur Abdullayevin yenidən "Neftçi"yə qayıtmasını istəmirsiz?
- Yox!
"Qarabağ"la oyunda daha az qol şansı vermişdiniz. "Qəbələ" daha güclüdü?
- Belə deməzdim. "Qarabağ" daha çox mərkəzdən hücum etməyi sevir. "Qəbələ" isə oyununu cinahlarla qurur. Bu cür oyuna qarşı oynamaq bizə daha çətin idi.
 
futbol11.az 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right