Bu gün Azərbaycan Premyer Liqasında 10-cu tura start veriləcək.
Newsport.az-ın məlumatına görə, ilk oyun günündə iki görüş baş tutacaq.
Öncə “Qəbələ” ilk dövrədə səfərdə 8 cavabsız qol vurduğu “Neftçi”ni qəbul edəcək.
Günün digər matçında isə AZAL son çempion “Qarabağ”la üz-üzə gələcək.
29 oktyabr
Azərbaycan Premyer Liqa, X tur
17:00. AZAL – “Qarabağ” - 0:1
Qol: Muarem Muarem, 63
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Azər Əsgərov, Akif Əmirəli
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Ömər Paşayev
“AZAL Arena”
15:00. “Qəbələ” – “Neftçi” - 4:1
Qol: Sergey Zenyov, 12, Araz Abdullayev, 49 (1:1), Sergey Zenyov, 59 (2:1), Asif Məmmədov, 62 (3:1), Rəşşad Eyubov, 77 (4:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rahil Ramazanov
Əlavə köməkçi hakimlər: Rəvan Həmzəzadə, Rauf Cabbarov
Qəbələ şəhər stadionu