Türkiyə klubu icazə verdi: Mahir Şükürov “Qəbələ” ilə oyunda iştirak edə bilər!

Paytaxtın "Neftçi”  klubu növbəti oyunlar üçün PFL-na daha bir futbolçunun adını sifariş edib.

Newsport.az-ın məlumatına görə, söhbət milli komandamızın sabiq futbolçusu Mahir Şükürovdan gedir.
 
Əldə etdiyimiz məlumata görə, futbolçunun sənədləri bu gün qeydiyyatdan keçirilib. O, Azərbaycan Premyer Liqasının X turunda sabah "Qəbələ” ilə qarşılaşmada iştirak edə biləcək. 
 
Qeyd edək ki, "ağ-qaralar” Şükürovu bir neçə həftə əvvəl rənglərinə bağlasa da, PFL-dən qeydiyyatdan keçirə bilmirdi. Buna səbəb isə müdafiəçin sabiq klubu "Karşıyaka” ilə problemin olması idi. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right