Prosineçki: "Almaniya ilə oyunların favoriti olmaq mümkün deyil"

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki millimizin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində çıxışını dəyərləndirib.

Newsport.az-ın məlumatına görə, xorvatiyalı mütəxəssis futbolçularından və Almaniya millisi ilə qarşılaşma barədə fikirlərini bölüşüb:

"Biz doğrudan da böyük səylə çalışırıq. Oyunçularda özünəinam hissi yaranıb. Artıq onlar öz güclərinə əmindirlər, istənilən rəqibi təəccübləndirməyi bacaracaq gücdə olduqlarını bilirlər. Biz Almaniya yığmasından danışırıq! Hansı ki, bu komandada bir çatışmazlıq yoxdur. Onlar həmişə güclüdürlər. Daim böyük turnirlərin final mərhələsində çıxış edirlər. Almaniya ilə oyunların favoriti olmaq mümkün deyil. Bu, hansısa klubun Madrid "Real"ına, "Barselona"ya qarşı oyunun favoriti adlandırılmasına bənzəyir". (FİFA)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right