17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.
Newsport.az-ın məlumatına görə, Rumıniyada keçirilən seçmə mərhələdə U-17-nin ikinci rəqibi Avstriya olub. Millimiz 1:3 hesabı ilə uduzub.
Qrupun digər oyununda isə İngiltərə Rumıniyaya 3:0 hesabı qalib gəlib.
Qeyd edək ki, yığmamız ilk turda İngiltərəyə məğlub (0:2) olmuşdu
Avropa çempionatı, seçmə mərhələ
VI qrup
27 oktyabr
Avstriya - Azərbaycan - 3:1
Qollar: Aqanoviç, 3 (1:0), Xəqani Sadıqov, 23 (1:1), Şmidt, 60 (2:1), Vunş, 74 (3:1)