"Barcelona" 1-ci, "Qarabağ" 125-ci

Avropanın ən güclü klublarının siyahısı açıqlanıb.

Newsport.az-ın məlumatına görə, cədvələ İspaniyanın “Barcelona” klubu başçılıq edir. Madrid “Real”ı ikinci, Almaniya “Bavariya”sı üçüncüdür.

Azərbaycan təmsilçilərinin yer aldığı cədvəldə ən yüksək mövqedə “Qarabağ” qərarlaşıb. Aktivində 1977,25 xal olan çempionumuz 125-ci pillədədir. 

“Qəbələ” isə 1854,43 xalla 331-cidi. 1821,97 xala malik “İnter” 425-ci pillədə yer alıb. Daha bir komandamız 1000 ən yaxşı sırasındadır. Belə ki, “Zirə” 1678,93 xalla 907-cidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right