Əliyar Ağayev növbəti dəfə Avropa Liqasında!

Azərbaycanlı FİFA referisi Əliyar Ağayevin UEFA-nın etimadını doğrultmaqda davam edir.
 
Newsport.az-ın məlumatına görə, qitənin ali futbol qurumu gənc hakimə növbəti dəfə etimad göstərəcək.
Ağayev növbəti dəfə Avropa Liqasında qrup mərhələsinin oyunlarından birini idarə edəcək. Amma bu təyinat IV tur üçün nəzərdə tutulmayıb. Bizdə olan bilgiyə görə, Ağayevə V və ya VI turların birində etimad göstəriləcək.
 
Qeyd edək ki, cari mövsümdə Ağayev Avroliqanın qrup mərhələsində ardıcık olaraq iki oyun idarə edib. Əvvəlcə "Roma" - "Astra" matçında fit çalan gənc hakimimiz, daha sonra "Konyaspor" - "Braqa" oyununda ədaləti qoruyub.
 
Futbol11.az




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right