Azərbaycan Premyer Liqasının 9-cu turunda səfərdə AZAL-la heç-heçə edən (1:1) “Zirə”nin baş məşqçisi Adil Şükürov oyunla bağlı fikirlərini bildirib.
Newsport.az-ın məlumatına görə, “qartallar”ın baş məşqçisi nəticəni qənaətbəxş hesab etdiyini deyib:
“İki fərqli hissə izlədik. İlk hissədə biz, ikinci hissədə rəqib üstün oynadı. AZAL döyüşkən komandadı. Məncə, bu gün 1 xal qazandıq. Heyətdə itkilərimiz olsa da, onları əvəz edən oyunçular bu gün yaxşı təsir bağışladılar. Qolu rəqibə özümüz “hədiyyə” etdik. Qarşıda bizi “Kəpəz”lə oyun gözləyir. “Kəpəz”lə oyunlarda statistika bizim xeyrimizə olmasa da, bu komandanın bizim üçün arzuolunmaz rəqib olduğunu deyə bilmərəm. Ümid edirəm ki, bu rəqiblə növbəti oyunumuz bizim üçün uğurlu olacaq.”