Azərbaycan Premyer Liqasının IX turunda "Sumqayıt"la qarşılaşacaq "Qəbələ" mövsümün sonunadək sözləşmə imzaladığı Cavid Hüseynovu sifariş verib.
Newsport.az-ın məlumatına görə, o, yenidən 14 nömrəli forma ilə çıxış edəcək. Komandanın baş məşqçisi Roman Qriqorçuk Hüseynova şans verəcəyi halda Cavid sabah meydana çıxa biləcək.
Qeyd edək ki, "Sumqayıt" - "Qəbələ" matçı sabah 16:00-da start götürəcək.