Azərbaycan Premyer Liqasının IX turunda "Neftçi” öz meydanında "Qarabağ”ı qəbul edəcək.
Newsport.az-ın məlumatına görə, "ağ-qaralar” son çempionla oyuna ciddi itki ilə çıxa bilər.
Əldə etdiyimiz məlumata görə, komandanın kapitanı Araz Abdullayev sabahkı oyunu buraxa bilər. Araz xəstələndiyi üçün sabahkı oyunda iştirak etməyə bilər. Ancaq futbolçunun oynayıb-oynamayacağı sabah bəlli olacaq.
Qeyd edək ki, "Neftçi” – "Qarabağ” oyunu saat 19:00-da başlayacaq.
Futbol11.az