Zaur Svanadze: "Heç yoxdansa, bir xal da yaxşıdı"

Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində “İnter” Gəncədə “Kəpəz”lə qarşılaşıb (0:0).

Newsport.az-ın məlumatına görə, oyundan sonra “bankirlər”in gürcü baş məşqçisi Zaur Svanadze matçla bağlı fikirlərini bildirib:

“İlk hissədə o qədər də uğurlu çıxış etmədik. Amma fasilədən sonra çox yaxşı oynadıq.
Bir neçə qol epizodumuz oldu. Təəssüf ki, istifadə edə bilmədik. Heç olmasa, bir qol epizodundan istifadə edə bilsəydik, Bakıya üç xalla qayıdardıq. Amma oyundan razı qaldım. Biz bu gün qələbəyə layiq idik. Lakin heç yoxdansa, bir xal da yaxşıdı” (komanda.az).





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right