Bu gün Azərbaycan Premyer Liqasında 9-cu tura start veriləcək.
Newsport.az-ın məlumatına görə, ilk oyun günündə bir görüş keçiriləcək. "Kəpəz" Gəncədə "İnter"i qəbul edəcək. Bu mövsüm məğlub olmayan paytaxt təmsilçisi liderlik uğrunda mübarizə aparır. Şahin Diniyevin komandası isə liderlərdən uzaqlaşmamaq üçün 3 xal qazanmaq niyyətindədir.
3 oktyabr (bazar)
14:30.“Kəpəz” – “İnter” 0-0
Gəncə şəhər stadionu