İngiltərə Premyer Liqasında 9-cu turun görüşləri davam edir.
Newsport.az-ın məlumatına görə, son çempion "Lester Siti" doğma meydanda "Kristal Palas"ı qəbul edib. Klaudio Raniyerinin yetirmələri bu qarşılaşmada 3 - 1 hesabı ilə qələbə qazanmağı bacarıb.
Bu qələbə sayəsində xallarını 11-ə çatdıran "tülkülər" turnir cədvəlinin 12-ci pilləsinə yüksəlib.
"Lester Siti" - Kristal Palas" 3:1
Qollar: Ahmed Musa, 42, Şinji Okazaki, 64, Kristian Fuks, 80 - Yohan Kabaye, 85