"Kəpəz"də yeni futbolçu

Azərbaycan Premyer Liqasının 8-ci turunda AZAL-la oyunda “Kəpəz”in əsas komandasına dəvət alan Şəfi Bağırov əvəzedicilərdən çağırılan 6-cı futbolçu olub. Səfər qarşılaşması üçün “18-lik”də yer alan gənc oyunçu ilk dəfə belə şans qazanıb.

Newsport.az-ın məlumatına görə, cari mövsümdə “Kəpəz”in əvəzedici heyətindən Bağırovla yanaşı, Fərid Məmmədov, Elcan Rəhimov, Əli Səmədov, Qaraxan Əliyev və Emin Zamanov baş məşqçi Şahin Diniyevin etimadını qazanıb.

Adı çəkilənlərdən ən çox Zamanov əsas komandaya dəvət alıb. Belə ki, Emin dörd çempionat matçında ehtiyat oyunçular skamyasında yer alıb. O, iki dəfə AZAL, bir dəfə isə “İnter” və “Neftçi”ylə görüşlərdə belə imkan əldə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right