FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Newsport.az-ın məlumatına görə, ötən ayla müqayisədə 45 pillə irəliləyən Azərbaycan milli komandası 404 xalla 88-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, milli komandamız tarixində hələ heç vaxt bu qədər böyük irəliləyişə nail olmamışdı. Komandamızın bu uğuruna DÇ-2018-in seçmə mərhələsində Norveç və Çexiya ilə matçlardakı uğurlu nəticələr səbəb olub.
Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqibləri Almaniya 2-ci (+1), Şimali İrlandiya 36-cı (-6), Çexiya 40-cı (-7), Norveç 81-ci (-11), San Marino 201-ci (0) pillədə qərarlaşıb.