“Viktoriya” ilə oyundan sonra Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün bərpasına başlandı.
Newsport.az-ın məlumatına görə, ingilis mütəxəssis Fil Şarplesin bir neçə aylıq fəaliyyəti uğurlu alınıb. Qazon sabah “Qarabağ” – PAOK matçının keçirilməsi üçün tam hazır vəziyyətə gətirilib. Hətta son 3 gündə Bakıya durmadan yağan yağış da ot örtüyünün durumuna xələl gətirməyib.
Qeyd edək ki, "Qarabağ" - PAOK matçı 20 oktyabr saat 21:00-da start götürəcək.


