Adil Şükürov: "Neftçi"də bəzi boşluqlar var idi"

Azərbaycan Premyer Liqasının VIII turuda "Zirə” "Neftçi”ni 2-0 hesabı ilə məğlub edib.

Newsport.az-ın məlumatına görə, oyundan sonra  "Zirə"nin baş məşqçisi Adil Şükürov fikirlərini bildirib:

 
"Qələbə qazandığımız üçün xoşbəxtik. Bu qələbə bizə vacib idi. Bu gün çox yaxşı oyun sərgilədik. "Neftçi” də pis oynamadı. Düşünürəm ki, fasilədən yaxşı yararlana bildik”.
 
- "Neftçi” hələ də "Zirə”ni məğlub edə bilmir...
- Sadəcə, "Neftçi"də bəzi boşluqlar var idi. Bəzi imkanlarımız var idi ki, onlardan yararlana bilmədik. Bizim çatışmazlıqlarımız var və onları aradan qaldırmağa çalışacağıq.
 
- "Neftçi" azlıqda qaldıqdan sonra üstünlüyünüzü itirdiz. Bu, nə ilə bağlı idi?
- Bilirdik ki, "Neftçi" oyun ərzində irəli atılmağa çalışacaq. Biz onların qarşısını almağa çalışdıq. Məncə, komandada olan müəyyən qədər yorğunluq geriyə çəkilməyimizə səbəb oldu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right