Elxan Abdullayev: "Sizə nağıl danışmayacam ki..."

Azərbaycan Premyer Liqasının VIII turuda "Zirə” "Neftçi”ni 2-0 hesabı ilə məğlub edib.

Newsport.az-ın məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında "Neftçi”nin baş məşqçisi Elxan Abdullayev fikirlərini bildirib: 

 
"Zirə” layiqli qələbə qazandı. Onlar bizdən üstün idi. Bizim oyuna gəlincə,məğlubiyyətin səbəbləri var. Qırmızı vərəqə bütün planlarımızı pozdu”.
 
- "Neftçi”nin çıxış yolunu nədə görürsünüz?
- Müdafiəçilərimiz hər oyun rəqibə hədiyyələr verir. Bunlar futbolçunun səviyyəsindən irəli gəlir. Bu oyunu bərabərləşdirmək çətin idi. Sadəcə, komandanın üzərində işləmək lazımdı. Sizə nağıl danışmayacam ki...
 
- Pesallinin oyununu necə dəyərləndirə bilərsiniz?
- O, yeni futbolçudu və 25 dəqiqə oynadı. İndi onun haqda nəsə deyə bilmərəm. 
 
- Komanda 90 dəqiqə ərzində qapıya dəqiq zərbə endirə bilmədi. Komandanı bütünlüklə dəyişmək istəmirsiniz?
- Biz işləməliyik. Heç kimi qovmaq fikrim yoxdu. Çünki onu qovduqsa, yeri boş qalacaq. Bizim səhvlərimiz çoxdu, zəifik.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right